AVTO

Avtomobil sahiblərinə -ŞAD XƏBƏR
16 APREL
7703

Avtomobil sahiblərinə -ŞAD XƏBƏR

2018-04-16 11:10:00

Icbari avtomobil sığortası üzrə yeni sistemin tətbiqinə başlanılıb. Fins.az-ın əldə etdiyi məlumata görə, aprel ayının 15-dən etibarən artıq İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtomobilllərin icbari sığortasının satışı üzrə vasitəçilərin qeydiyyatı aparılır. 13 sığorta şirkəti artıq bu sistem üzərindən müqavilə buraxır və sığorta agentləri Bürosunun saytına daxil olaraq və yaxud müvafiq mobil tətbiq vasitəsilə avtomobilllərin icbari sığortasının satışını həyata keçirə bilərlər.

Qeyd edək ki, İSB-nin məlumat bazası müvafiq orqana birbaşa inteqrasiya olunduğu üçün artıq bu sahədə bir sıra xoşagəlməz halların qarşısı alınacaq. Söhbət avtomobillərlə bağlı sistemə saxta məlumatların daxil edilməsi ilə sığorta haqqının azaldıması, o cümlədən avtomobil sahiblərinin sığorta ilə bağlı aldadılması və digər neqativ hallardan gedir. Yeni sistem tədricən sürücülərin sığorta zəngləri ilə bezdirilməsi hallarını da aradan qaldıracaq. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+21°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0700
  • ₽ RUB
    0.0273