AVTO

Parkinqlərdə sürücülər cərimə oluna bilməz -ƏRŞAD HÜSEYNOV
10 APREL
659

Parkinqlərdə sürücülər cərimə oluna bilməz -ƏRŞAD HÜSEYNOV

2018-04-10 13:45:00

Parklanma yerləri ilə bağlı dezinformasiya yayılmaqdadır. Guya parkomatlar ləğv olunur və s...
Belə deyil və ola da bilməz.
"Yol hərəkəti haqqında" Qanunun 53-cü maddəsi və İXM-in 127-2-ci maddəsi parklanma yerlərindən istifadə qaydalarını və bu qaydaları pozanların cərimələnməsi qaydasını müəyyən edir. Qanunun tələbinə əsasən, parklanma yerlərində DYP-nin Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunan foto və ya video qeydiyyat funksiyalı xüsusi texniki vasitə olmalıdır. Həmin vasitə avtomobilin parklanma yerinə gəlmə vaxtını, onun nömrəsini, ödəniş edilib-edilmədiyini, orada qalma müddətini qeydə alıb real vaxt rejimində (on-line) DYP-yə ötürməlidir. Hazırda Bakının bəzi yerlərində parklanma yerlərində nəzarətçilərin əlindəki qurğunun nə DYP-yə inteqrasiyası, nə də qeyd olunan funksiyalarının hamısı var. Deməli, bu qurğular və onlardan istifadə qanunvericiliyin tələbinə uyğun deyil.
Ümumiyyətlə, parklanma yerlərində belə tələblərə cavab verən parkomat və ya başqa qurğu olsa da, onların hazırda qanunda göstərilən qaydada tətbiqi mümkün deyil. Səbəblər isə aşağıdakılardır:
1. Nazirlər Kabineti parklanma yerlərinin təşkili və istifadəsi qaydalarını, eləcə də parklanma yerlərinin siyahısını müəyyən etməlidir (bunlar hələ müəyyən edilməyib).
2. Nazirlər Kabineti (və ya Tarif Şurası) parklanma yerlərindən istifadə haqqını müəyyən etməlidir (buda müəyyən edilməyib).
3. Nazirlər Kabineti parklanma yerləri yaxınlığında yaşayan sakinlər üçün ödənişsiz parklanma talonunun verilməsi qaydalarını müəyyən etməlidir (bu da yoxdur).
4. Ən başlıcası, 2 aprel 2018-ci il Fərmanına əsasən Bakıdakı bütün parklanma təsərrüfatı 2 ay müddətində Bakı Nəqliyyat Agentliyinə təhvil verilməlidir. Məncə bu təhvil- təslim başa çatdırılanadək parklanma yerləri ilə bağlı hər hansı bir yenilik olmayacaq.
Beləliklə, parklanma yerləri ilə bağlı yayılan bütün məlumatlar, xüsusən parkomatların ləğv edilməsi, yeni cərimələr və s. haqqında söhbətlər qanunvericiliyə uyğun deyil və əsassızdır.

Ərşad Hüseynov 

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+17°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279