AVTO

Milli Məclisin avtomobili satışa çıxarıldı -4230 manat
09 APREL
715

Milli Məclisin avtomobili satışa çıxarıldı -4230 manat

2018-04-09 15:47:00

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 8 may tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Fins.az xəbər verir ki, bu hərracda Nazirlər Kabineti Aparatının İşlər İdarəsinə aid 2 ədəd BMW 730 modeli və Milli Məclisinin İşlər İdarəsinə aid Nissan Maxima satışa çıxarılıb. 2006-cı il model BMW 730 avtomobillərinin qiyməti müvafiq olaraq 24 500 və 28 000 manatdır. "Nissan Maxima"nın ilkin satış qiyməti isə 4230 manatdır. Qeyd edək ki, "Nissan Maxima" 3-cü dəfə 10% endirimlə  təkrar hərraca çıxarılır.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Balanssaxlayıcı müəssisənin adı Marka Buraxılış ili Start qiyməti
(manatla)
10% beh
(manatla)
Nazirlər Kabineti Aparatının İşlər İdarəsi BMW 730 2006 24500 2450
Nazirlər Kabineti Aparatının İşlər İdarəsi BMW 730 2006 28000 2800
Milli Məclisinin İşlər İdarəsi Nissan Maxima 2006 4230 423

Xatırladaq ki, sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri  Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud  e–emdk.gov .az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267