AVTO

Qanuni avto tüninq - Nələrə icazə var?
06 APREL
829

Qanuni avto tüninq - Nələrə icazə var?

2018-04-06 11:30:00

Bizim qanunvericiliyin ən çatışmayan cəhəti budur ki, müasir texnologiyalar və terminlər bu qanunverici aktlarda öz əksini tapmır. Onlardan biri də tüninq anlayışıdır. "Tüninq" sözü ingilis dilindən tərcümədə "ayarlamaq" deməkdir. Və bir neçə avtomobildə qeydiyyat şəhadətnaməsində “tüninq” və ya “offroad”-a yığılıb sözünə rast gəlmişəm. Bəs indiki qanunla bu necə olmalıdır ?

"AvtoStop" radio verilişinin efirində onlarla sürücü işıq ssitemi, qanadlar, spoyler və ya sükan başlığının dəyişdirilməsinə görə cərimələndiklərini və ya avtomobilin cərimə meydançasına getdiyini deyirlər.

Işıq tonlaşdırılması

İlk olaraq avtomobilə ksenon və ya diod işıqların quraşdırılması ilə bağlı bir neçə məqaləmiz var ki, onlarla buradan tanlış ola bilərsiniz. Aramızda elə sürücülərə rast gəlinir ki, onlar avtomobilin işıqlarını qara rəngdə plyonka ilə bağlayırlar. İşıqların tonlaşdırılması ilə bağlı arada söz-söhbət gəzir ki, guya 85-90 faiz ağ qala bilər. Lakin siz onlardan standardı soruşsanız, hamı çiynini çəkəcək. Çünki belə bir normativ yoxdur.

Bu şəkildə işıqların qara plyonka ilə örtüldüyünü görürük. Qanunla qadağandır. Çünki ön işıqlar mütləq ağ rəngdə olmalıdırlar.

Digər bir şkildə isə yaşıl rəngdə işıqlar görürük. Yeri gəlmişkən bu da qanuna ziddir. Öndə yalnız narıncı rəngdə dönmə işıqları ola bilər. Yaxın vuran və uzaqvuran işqlar ağ rəng yayılmalıdırlar.

"Avtonəqliyyat vasitələrinin texniki təhlükəsizliyi haqqında" qaydalara əsasən avtomobilin ön işıqlarının tonlaşdırılması, rənglənməsi qadağandır. Bura həmçinin şəffaf plyonkalar da aiddir ki, onlar da müəyyən qədər işıq yayılmasını məhdudlaşdırır. Bu qayda pozuntusunun cəriməsi İXM-nin 352.5-ci maddəsinə əsasən 50 manatdır.

Səsgücləndiricilər.

Bir çox sürücülər avtomobillərində müxtəlif audio səsgücləndiricilər quraşdırırlar. Bu qanunla qadağan deyil. Çünki avtomobildən çıxan səs yalnız mühərrik və səsboğucuya aiddir və səsgücü səsboğucudan çıxan səsə uyğun ölçülür. Avtomobilin içərisində olan səs çoxluğu sürücü və sərnişinlərə narahatlıq yarada bilər. Lakin siz avtomobilin avtomaqnitolasınına səs verib ətrafdakıları narahat edərsinizsə, İXM-nin 521-ci maddəsinə əsasən 150 manatdan 200 manata qədər cərimələnə bilərsiniz.

Əlavə avadanlıqlar nədir ?

Yol polisi inspektorlarının leksikonunda geniş yayılmış bir söz: "əlavə avadanlıq"dır. Yük avtomobillərində resorlar, minik avtomobillərinin damında yük yerindən tutmuş, əlavə quraşdırılmış istənilən əşyaya "əlavə avadanlıq" deyərək cərimələyirlər. Özüdə nə az, nə çox 150 manat. Bəs qanun nə deyir ?

Qanun hansı hallarda avtomobili avadanlıqla təchiz etdikdə mütləq qeydiyyata alınması ilə bağlı inzibati reqlamenti önərir -Nəqliyyat vasitələrinin avadanlıqla təchiz olunmasına razılığın verilməsi - XİDMƏTİN İNZİBATİ REQLAMENTİ

Və bu reqlamentdə mütləq qeydiyyata alınma ilə bağlı bəndlər var

  • Yük avtomobillərinin şassilərinə bortlu, yükü özüboşaldan banların, çənlərin ( o cümlədən təhlükəli maye çənlərinin) quraşdırılması və ya onların qarşılıqlı surətdə əvəz  edilməsi, standart yəhərli qurğuların quraşdırılması və ya digər yük banları ilə qarşılıqlı surətdə əvəz edilməsi. 
  • Qoşquların, yarımqoşquların üzərində furqon  banların çənlərin və digər xüsusi avadanlıqların quraşdırılması
  • Yük avtomobillərinə yük qaldırıcı bortların, bucurqadların, hidravlik kranların, betonqarışdırıcı qurğuların, beton nasoslarının və s. quraşdırılması.
  • Avtomobillərin mühərriklərinin və banlarının dəyişdirilməsi. Bu növ yenidən quraşdırmalar əsasən istehsalçı zavodun və ya yol hərəkətinin təhlükəsizliyi üzrə Elmi tədqiqat institutunun (laboratoriyanın) rəylərinə uyğun olaraq aparılır (mühərriklərin gücləri, qabaritlər və digər texniki göstəricilər uyğun gəlirsə, təhlükəsizliyi təmin edirsə və s.) .
  • Kütləvi istehsalda olan yük, minik avtomobillərində və avtobuslarda (ban dəyişdirilmədən) xüsusi avadanlıqların quraşdırılması. Bu halda yenidən quraşdırılmış avtomobillər aşağıdakı hərəkət təhlükəsizliyi tələblərinə cavab verməlidir: -tam kütlə və onun körpülər üzrə paylanması avtomobilin əsas texniki xarakteristikasında nəzərdə tutulan hədlərdən yuxarı olmamalıdır, -xüsusi avadanlıqlar dayanıqlı, etibarlı bərkidilməlidir; -minik avtomobillərində xüsusi avadanlıqların iti, xəsarət yetirə biləcək çıxıntıları olmamalıdır; -minik avtomobillərində xüsusi avadanlıqlar idarəetmə sisteminə yaxın yerdə quraşdırılmamalı və arxa pəncərəni örtməməlidir.
  • Yük avtomobillərinin şassilərinə emalatxana, poçt, sənaye və ərzaq malları, mebel və digər yüklər daşımaq  üçün furqon banların quraşdırılması
  • Yük avtomobillərinin şassisinə sərnişin daşınması üçün nəzərdə tutulmuş furqon banların quraşdırılması
  • Yanacaq sistemi benzinlə işləyən avtomobillərin eyni zamanda qazla işləmək üçün və ya əksinə quraşdırılması
  • Vaqon tipli furqon avtomobillərin, avtobus banlı və ya şassisi olan xüsusi təyinatlı avtomobillərin avtobus kimi yenidən quraşdırılması
  • Nəqliyyat vasitələrinə əlavə yanacaq bakının quraşdırılması
  • Nəqliyyat vasitələrinin işçi funksiyalarının dəyişdirilməsi zamanı   Dövlət Yol Polisindən, ərazi üzrə qeydiyyat-imtahan bölməsindən və ya müayinə mərkəzindən avtomobilin texniki vəziyyəti barədə texniki baxış aktı tələb oluna bilər.

Gördüyümüz kimi nə qanad, nə spoyler,nə sükan başlığı,nə offroad tipli avtomobillərin yığılması üçün əlavə qeydiyata və razılığa ehtiyac yoxdur. Ona görə qeydiyyat şəhadərnaməsində "tüninq", "offroad" yazılması sadəcə əlavə işdir. Belə geniş yayılan bir nümunə var - "Maşınım M paketə yığılıb və texniki passporta M-ə yığılıb yazılmalıdır". M - "Motorsport" deməkdir. Yəni idman modifikasiyalı. Mühərik və ban dəyişməyibsə və ya yuxarıda sadalanan dəyişiklik olmayıbsa, o zaman sürücü M, S, T və s yazıdrmalı deyil.

Sükan başlığı FİAT-dır, Hundai-dir bununda məsələyə aidiyyatı yoxdur. Çünki qanunda mexanizmin dəyişilməsinə qadağa var. Sükan başlığı mexanizm deyil. 2-cisi sükanda əsas məqam lüft-dur. Onun aşağı həddi 10-u keçməyibsə o zaman problem yoxdur. ümumiyyətlə avtmobilin istismarını qadağan edən texniki nasazlıqların siyahısı YHQ 1 saylı əlavədə göstərilib. Bu əlavədə göstərilıən nazaslıqlar yaranmayıbsa, avtomobilinizə istehsalçının normaları səviyəsində dəyişiklik edə bilərsiniz. (avtostop.tv)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259