AVTO

Azərbaycanın İranla birgə hazırladığı avtomobil - İLK FOTOLAR
05 APREL
3044

Azərbaycanın İranla birgə hazırladığı avtomobil - İLK FOTOLAR

2018-04-05 17:06:00

Neftçala sənaye zonasında yerləşən "Xəzər" Azərbaycan-İran birgə avtomobil zavodunda ilk avtomobillərin istehsalına başlanılıb. Fins.az-ın məlumatına görə, zavodda "Khazar" markalı avtomobillər, gələcəkdə isə "Renault" və "Peugeot"un bir sira modelləri istehsal ediləcək. Zavodun müştərək sahiblərindən olan "AzerMash" şirkətinin nümayəndəsi Emin Axundov bildirib ki, istehsal olunan avtomobillərin qiyməti 14-16 min arasında olacaq.

E. Axundovun sözlərinə görə, zavodda daha bahalı avtomobillərin də istehsalı planlaşdırılıb. E.Axundov qeyd edib ki, bu avtomobil modellərinin qiyməti isə 18-20 min manat arasında dəyişəcək.

Zavodun istehsal gücü ildə 10000 avtomobil təşkil edir. Gələcəkdə istehsal edilən həmin avtomobillərin Ukrayna, Rusiya və Mərkəzi Asiya ölkələrinə tədarük ediləcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279