AVTO

Bakıda bu avtomobillər 3500 manat ucuzlaşdı
03 APREL
1350

Bakıda bu avtomobillər 3500 manat ucuzlaşdı

2018-04-03 16:22:00

Avtomobil dilerləri 2017-ci ildən qalan maşınların satışını sürətləndirmək üçün endirim kampaniyalarına başlayıblar. Daha bir endirim "Subaru" modelinə şamil edilib. "Subaru Azərbaycan" şirkətindən Fins.az-a verilən məlumata görə, hazırda Subaru Forester modelinə 3500 manat endirim tətbiq edilir. Belə ki, əvvəl 60800 manata satılan 2017-ci il model 2.5 l mühərrikli tam təhcizatlı avtomobil indi 57 300 manata təklif edilir. Hazırda salonda bu modeldən ağ və qara rəngdə 2 ədəd qalıb. Şirkətdən bildirilib ki, 2017-ci ilə aid bütün modellər demək olar ki, satılıb. Ona görə də endirim kampanaisyası yalnız "Forester" modelinə aid edilib. Kampaniya aprel ayının sonuna kimi davam edəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257