AVTO

Parkomatlar Bakı Şəhər İcra Hakimiyyətinin, svetoforlar isə DYP-nin əlindən çıxdı
03 APREL
722

Parkomatlar Bakı Şəhər İcra Hakimiyyətinin, svetoforlar isə DYP-nin əlindən çıxdı

2018-04-03 13:46:00

 Azərbaycan Prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Fins.az-ın məlumatına görə, bu fərmanla Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi təsdiq edilib. Fərmanla əlaqədar Bakı Nəqliyyat Agentliyinə, Nazirlər Kabinetinə və Daxili İşlər Nazirliyinə müvafiq tapşırıqlar verilib.

Fərmanla bağlı açıqlama verən hüquqşünas Ərşad Hüseynov bildirib ki, əsas və maraqlı yeniliklər olacaq. Belə ki, ölkəmizdə də svetoforların, yol nişanlarının, nişanlanma xətlərinin və yol hərəkəti təşkilinin digər texniki vasitələrinin tətbiqi ilə əlaqədar milli qanunvericiliyimiz olacaq. Bakıdakı bütün parklanma yerləri Bakı Nəqliyyat Agentliyinə veriləcək. Bundan başqa, bütün avtobus və taksi dayanacaqları da Agentliyin balansına veriləcək.

Bakının bütün svetoforları vahid mərkəzdən idarə ediləcək. Yəni, bundan sonra bütün svetoforlar BNA-nın tabeliyindəki Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən idarə olunacaq. Lakin çox güman ki, idarəetmə mexanizmi DYP ilə birlikdə təşkil ediləcək,

Fərmana əsasən, Bakının bütün küçələrində hərəkətin təşkili vəziyyəti təhlil olunacaq və təbii ki, xeyli əhəmiyyətli düzəlişlər olacaq. Bakıda ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin və təhlükəsizliyinin artırılması üçün real tədbirlər görülməsi (avtobus parklarının yaradılması, sürücülərin xüsusi hazırlığı, texniki nəzarət və s.) mümkün olacaq. (avtosfer.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255