AVTO

Gürcüstandan gətirilən avtomobilin ban nömrəsi saxtalaşdırılıb
03 APREL
450

Gürcüstandan gətirilən avtomobilin ban nömrəsi saxtalaşdırılıb

2018-04-03 13:32:00

Avtonəqliyyat Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstandan Azərbaycana gətirilən, Azərbaycan vətəndaşının idarə etdiyi, 2015-ci ildə istehsal olunan "Lexus ES250" markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib. Bu barədə Fins.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. Müvafiq qaydada yoxlama zamanı həmin nəqliyyat vasitəsinin ban nömrəsinin saxtalaşdırıldığı müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256