AVTO

Bakıda “Maserati”nin oxşarı – yeni “KİA” satışa çıxarıldı –FOTO,QİYMƏTLƏR
02 APREL
1770

Bakıda “Maserati”nin oxşarı – yeni “KİA” satışa çıxarıldı –FOTO,QİYMƏTLƏR

2018-04-02 16:00:00

Bakıda yeni “Kia Stinger” modeli satışa çıxarılıb.“Kia Motors Azərbyacan”dan Fins.az-a verilən məlumata görə, bu model ilk dəfə olaraq Azərbaycanda təqdim edilib. Sport avtomobil 250 at gücündə 2.0 turbo mühərriklə təhciz edilib. Avtomobilin orta yanacaq sərfiyyatı 8,8 litr təşkil edir. Mərkəzdən bildirilib ki, digər “Kia” modellərindən fərqli olaraq “Stinger” modelində ilk dəfə 360 kamera yerləşdirilib.

“Kia Stinger”in hazırda arxa çəkimli versiyası 75900 manata və 4 çəkim versiyası isə 77 900 manata təklif edilir.  Hər iki versiya tam təhcizatlıdır. Yeni model hazırda “Kia Motors Azərbyacan”ın Babək prospekti və Bakıxanovda yerləşən satış mərkəzində təqdim edilir.

Qeyd edək ki,“Kia Stinger”in salonu “Mercedes”ə, görünüşü isə “Maserati”yə bənzəyir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256