AVTO

Xəbəriniz olmadan adınıza cərimə, sürücülük vəsiqənizə isə bal yazıla bilər - Video
27 MART
333

Xəbəriniz olmadan adınıza cərimə, sürücülük vəsiqənizə isə bal yazıla bilər - Video

2018-03-27 11:51:00

Xəbəriniz olmadan adınıza cərimə, sürücülük vəsiqəsinə isə bal yazıla bilər. Fins.az xəbər verir ki, bəzi avtomobil sahibləri cərimələrdən gələn balların öz sürücülük vəsiqəsinə düşməməsi üçün yeni üsula əl atırlar.

Onlar başqalarına bilərəkdən etibarnamə verir ki, cərimələr həmin şəxsin adına yazılsın.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirir ki, bunun əsas səbəbi etibarnamə ilə bağlı qanunun hələ də qüvvədə olmasıdır. Onun sözlərinə görə, dünyanın əksər ölkələrində etibarnamə ilə avtomobil idarə etmək məsələsi yoxdur.

Ərşad Hüseynov deyir ki, hətta şəxsin xəbəri olmadan da onun adına etibarnamə verilə bilər. 

Ekspertin fikrincə, əgər hər hansı bir şəxsin adına idarə etmədiyi avtomobilə görə cərimə protokolu gələrsə, 10 gün müddətində nəqliyyat vasitəsini idarə etmədiyinə dair vəsatət qaldırmalıdır.

Bundan sonra onun adına olan protokol ləğv ediləcək. Ardınca isə araşdırma aparılaraq sükan arxasında olan şəxs müəyyən ediləcək və protokol onun adına tərtib olunacaq.

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279