AVTO

Azərbaycanda taksi kimi istifadə edilən -TOP 10 AVTOMOBİL
27 MART
1508

Azərbaycanda taksi kimi istifadə edilən -TOP 10 AVTOMOBİL

2018-03-27 10:42:00

 Martın 22-də bütün ölkələrdə taksi sürücüləri peşə bayramlarını – Beynəlxalq taksi gününü qeyd edirlər. “Maxim” xidməti taksidə ən çox istifadə olunan avtomobillərin reytinqini tərtib edib. Şirkətdən Fins.az-a verilən məlumata görə, Azərbaycanda lider mövqe tutan taksilər Almaniyadan gətirilmiş orta və bizne-klass avtomobillərdir. Onlar yüksək etibarlılığı və rahatlığı ilə fərqlənir. Sürücülər iş üçün ən çox Mersedes-Benz E-Class modelini seçirlər. İkinci yeri biznes class – Mercedes-Benz modeli tutur. Bu, istehsalçnın klass təbəqəsində ən çox satılan maşındır. Bununla yanaşı, Mercedes-Benz ümumilikdə avtomobillərin ümumi sayının, demək olar ki, 50%-ni təşkil edir. Liderlərin üçlüyünü Opel Astra bağlayır, bu maşın ən sərfəli şəhər avtomobillərindən biri sayılır.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Siyahıda həmçinin Rusiya, Yaponiya, Amerika və Cənubu Koreya istehsalçılarının avtomobilləri var.

 

Seçim “Maxim” xidmətinin işlədiyi şəhərlərin (Bakı, Gəncə və Sumqayıt)məlumatları əsasında hazırlanıb.

 Reytinq göstərir ki, Azərbaycanda taksi günü-gündən daha rahat xidmətə çevrilir, bununla yanaşı, əlçatan nəqliyyat növü olaraq qalır. Taksi sürücüləri avtomobil seçiminə rasional şəkildə yanaşırlar, çünki qazanc əsas etibarı ilə onun xarakteristikasından asılıdır. Onlar etibarlı, rahat, komfortlu və sərfəli maşınlar alırlar. Yanacağın israfına, tutumuna və manevr qabiliyyətinə diqqət yetirirlər.

Taxsi avtomobili top-10-u öz ideal avtomobilini axtaran istənilən sürücü üçün əla tövsiyədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270