AVTO

"Hərracda aldığı bank avtomobilini sürə bilmir" - ŞİKAYƏT
16 MART
960

"Hərracda aldığı bank avtomobilini sürə bilmir" - ŞİKAYƏT

2018-03-16 10:05:00

"Əmanətlərin Sığortalanması Fondu hərracla bağlı öhdəliklərini yerinə yetirmir". Bunu Fins.az-a ünvanladığı müraciətində Süleymanov Fuad Hüseyn oğlu yazıb. O bildirib ki, Fondun təşkil etdiyi həracda avtomobil alsa da, onu sürə bilmir:"Mən, Süleymanov Fuad Hüseyn oğlu 26.02.2018 ci il tarixində Əmanətlərin Sığortalanması Fondunun təşkil etdiyi hərracda ilkin qiyməti 18570 manat olan Mitsubishi Outlander markalı avtomobili 25638 manata almışam. Hərrac qaydalarına əsasən 5 iş günü ərzində lazımı sənədləri və ödənişi Əmanətlərin sığortalanması fonduna təqdim etmişəm. Lakin Əmanətlərin Sığortalanması Fondu öz öhdəliklərinin yerinə yetirmir. 04 May 2017-ci il tarixli qərarla təsdiqlənmiş hərrac qaydalarına əsasən alıcı və satıcı arasında müqavilə imzalandığı tarixdən 3 iş günündən gec olmayaraq alınan mal alıcıya təhvil verilməlidir. Müqavilə 06.03.2018 tarixində imzalanmışdır və avtomobil fiziki olaraq 06.03.2018 tarixində mənə təqdim edilmişdir. Lakin avtomobili öz adıma sənədləşdirmək üçün lazımı sənəd bu günədək mənə təhvil verilməmişdir. Hazırda avtomobili istifadə etməyim mümkün deyil. Eyni zamanda Əmanətlərin Sığortalanması Fondu avtomobili öz adıma necə sənədləşdirməyim haqqında mənə heçbir yazlı və ya şifahi təlimatlar verməmişdir, əksinə mən Əmanətlərin Sığortalanması Fondunun əməkdaşlarına sənədləşdirmə prosesinin DYP tərəfindən hansı tələblərlə baş verməsi haqqnda məlumat vermişəm. Bütün bu yuxarıda sadalananlar Əmanətlərin Sığortalanması Fondunun biganəliyi, səriştəsizliyi və məsuliyyətsizliyi haqqında xəbər verir. Qeyd edim ki, 26.02.2018 tarixində keçirilən hərracın gedişatı haqqında 28.07.2018 tarixində fondun icraçı direktoru Vuqar Abdullayevə şikayət mətubu ünvanlamışam, həmin məktuba bugünə qədər cavab almamışam və eyni zamanda Əmanətlərin Sığortalanması Fondu avtomobili sənədləşdirməyim üçün zəruri olan sənədi nə zaman təqdim edəcəkləri haqqlnda da məlumat vermir". 

Fins.az məsələ ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun münasibətini öyrənib. Fondan bildirilib ki, müştəriyə bütün lazımı sənədlər verilib. Burada hərracın protokolu, alqı-satqı müqaviləsi,texpasport, DYP-ya məktub daxildir. O cümlədən maşın müştəriyə təhvil verilib. Ona görə də müştərinin iddiası əsassızdır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256