AVTO

Bakıdan Tbilisiyə taksi sifarişi neçəyədir? -QİYMƏTLƏR
13 MART
3953

Bakıdan Tbilisiyə taksi sifarişi neçəyədir? -QİYMƏTLƏR

2018-03-13 17:45:00

 “Maxim” taksi şirkəti Bakı və bölgələrə sifarişlərlə yanaşı, qonşu ölkələrə də taksi sifarişlərini qəbul edir. Bunu Fins.az-a açıqlamasında şirkətin rəhbəri Emin İsmayılov  deyib.  O bildirib ki, şirkət 5-6 aydır ki, Bakıda fəaliyyət göstərir. Buna baxmayaraq “Maxim”dən xarici ölkələrə taksi sifariş üçün də istifadə edirlər. Onun sözlərinə görə, Bakıdan daha çox Rusiyaya taksi sifariş edilir. Xüsusilə də Tumen və Vladivastoka sifarişlər edilir. O bildirib ki, Gürcüstana da taksi sifariş etmək mümkündür. Bununla belə hələlik bu istiqamətdə taksi sifarişi olmayıb.

Qeyd edək ki, “Maxim”lə Bakıdan Tbilisiyə taksi sifarişi 223 manata başa gəlir. Digər iri şəhərlər üzrə qiymətlər belədir:

Şəhərlər

Qiymət

Tbilisi

223

İstanbul

871

Tehran

321

Moskva

856

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256