AVTO

Maşın həvəskarlarının sevimli mühərrik-şousu başladı - VİDEO
12 MART
496

Maşın həvəskarlarının sevimli mühərrik-şousu başladı - VİDEO

2018-03-12 17:47:00

İsveçrənin Cenevrə şəhərində 88-ci Beynəlxalq Avtosalon işə başlayıb. Fins.az xəbər verir ki, Beynəlxalq Avtosalon maşın həvəskarlarının ən sevimli mühərrik-şoularından biridir.  Eyni zamanda istehsalçıların öz  yaradıcılıqlarını nümayiş etdirmək üçün ən uğurlu imkan şanslarıdır. Bu avtosalon həm də iri işgüzar, maliyyə və dipılomatik mərkəzdir. Deməli, bura yeni modellərlə tanış olmağa yalnız cibləri deşik tələbələr gəlmir. Yeniliklərlə tanış olmaq üçün imkanlı, maddi cəhətdən təmin olunmuş şəxslər yeni modellərin sərgisində həvəslə iştirak edirlər. Onlar üçün biletin qiymətinin 16 frank olması önəmli deyil. Avtosalon həm məhsullarını nümayiş etdirənlər, həm də bu məhsullara maraq göstərənlər üçün böyük imkanlar yaradır.

88-ci Cenevrə avtosalonu ictimaiyyətə 8 marta açılıb və 10 gün  davam edəcək. Sərgiyə 700 min qonağın gələcəyi gözlənir. Onları 180 iştirakçının stentlərində 900 model gözləyir. Onların bəzilərini təqdim edirik. (avtosfer.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260