AVTO

Azərbaycana gətirilən avtomobillər 2 dəfə artdı - RƏQƏMLƏR
09 MART
560

Azərbaycana gətirilən avtomobillər 2 dəfə artdı - RƏQƏMLƏR

2018-03-09 12:59:00

Dövlət Gömrük Komitəsi bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana gətirilən avtomobillərin sayını açıqlayıb. Fins.az Komitəyə istinadən xəbər verir ki, ümumilikdə 2 ayda ölkəyə 2 065 ədəd avtomobil idxal olunub ki, bu da öyən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Belə ki, 2017-ci ilin yanvar-fevral aylarında 1062 avtomobil gətirilmişdi. 

Avtomobillərin 11 ədədi motorlu nəqliyyat vasitələri, 1 867 ədədi minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 182 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 5 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

 2017-ci ilin Yanvar-Feval aylarında Azərbaycana 1 003 ədəd nəqliyyat vasitəsi, o cümlədən 852 ədəd minik avtomobili, 139 ədəd yük avtomobili, 5 ədəd avtobus və 7 ədəd xüsusi təyinatlı texnika idxal olunmuşdu.

Bakıda satılan ən kiçik avtomobillər -SİYAHI,QİYMƏTLƏR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256