AVTO

Bakıda ən az yanacaq işlədən “Toyota” krossoveri satışa çıxarıldı -QİYMƏTLƏR
07 MART
1270

Bakıda ən az yanacaq işlədən “Toyota” krossoveri satışa çıxarıldı -QİYMƏTLƏR

2018-03-07 12:45:00

Bakıda  yeni “Toyota” krossoveri - “C-HR” satışa çıxarılıb. Bunu Fins.az-a  açıqlamasında “Toyota Bakı Mərkəzi”nin PR mütəxəssisi Eldəniz Cəfərov bildirib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Mərkəzi Bankın avtomobilləri satışa çıxarıldı - 1500 manatdan başlayır

Krossover Bakıda 2 versiyada təqdim edilib. 1.2l turbo mühərrikli “C-HR” 116 at  gücü  hasil edir. Avtomobilin maksimum sürəti 180 km/saat, qarışıq yanacaq sərfiyyatı isə 6,6 l təşkil edir. Qeyd edək ki, bu, “Toyota” modelləri arasında ən az yanacaq işlədən avtomobildir. Digər versiya 150 at gücü hasil edən  2.0 l  mühərriklə təhciz edilib. Bu versiyanın qarışıq yanacaq sərfiyyatı 6,9 l, maksimal sürəti isə 195 km/saat-dır.  

Yeni krossoverdə ilk dəfə TNGA,(Toyota New Global Architecture) yəni modul şassi idarəetmə sistemi tətbiq edilib. E.Cəfərov bildirib ki, əvvəlcə “Toyota”nın digər modelində sınaqdan keçirilən “Yeni Qlobal Arxitektura” “C-HR”da sürücü üçün komfort yaratmaqla yanaşı, manevr imkanlarını da artırıb.

Ən çox yanacaq işlədən avtomobillər – SİYAHI

 Qeyd edək ki, 1.2l turbo mühərrikli krossoverin qiyməti 25 500 dollar, 2.0 l mühhərikli “C-HR”ın qiyməti isə 24 300 dollardan başlayır.

Rahim Tarıverdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272