AVTO

Cenevrədə təqdim ediləcək – 10 əsas avtomobil
06 MART
308

Cenevrədə təqdim ediləcək – 10 əsas avtomobil

2018-03-06 12:05:00
8 mart tarixindən etibarən Cenevrədə növbəti avtosərgiyə start veriləcək. Fins.az xəbər verir ki, 6 mart tarixindən etibarən isə dünyanın bu mötəbər avtosərgisində media günləri başlayır. Beləliklə 2018-ci il Cenevrə avtosərgisində 10 əsas premyeranı sizin nəzərinizə çatdırırıq.

Gürcüstana avtomobillə gedənlərə -XƏBƏRDARLIQ

Audi A6.

Yeni nəsil Audi A6 sedanı texniki təchizatına görə A7 liftbeki ilə eynidir. Universal kuzalı versiyanı isə sonra təqdim edəcəklər.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

İlk olaraq A6 üçün güc aqreqatlarının seçimi daha genişdir. 3 litrlik V6 benzin və dizel mühərriklərindən savayı, 2.0 TDİ turbodizel mühərrik də təqdim ediləcək. Bütün versiyalar tamötürücülü transmissiya quattro ilə təchiz edilir. Universaldan savayı yolsuzluq versiyası olan  allroad da sonrakı təqdimata saxlanılıb. 

BMW X4.

X3-dən sonra növbəti nəsil daha qlamur krossover X4 gözlənilən idi. Yeni X (zavod kodu G02) 7 benzin və 2, 3 litrlik dizel mühərriklə təhciz ediləcək. Daha güclü versiyaları isə M40i və M40d 360 360, 326 at gücü hasil etmək gücünə sahib olacaq. Avtomobilin ön hissəsi və salonu X3-ü təmamən təkrarlayır. Amma X4-ün arxa hissəsi isə təkrar olunmazdır.

Citroen Berlingo/Peugeot Rifter/Opel Combo.

Fransız kollektivi artıq 3 nəsil böyüyüblər. Peugeot ad olaraq Rifter-i seçdikdə isə PSA konsernini bu o qədər də qane etmədi. Bu cütlüyə Opel Combo da daxil oldu. Avtomobillər 1.2 və 1.5 turbo benzin və dizel mühərriklə təhciz ediləcək. Sürətlər qutusu 6 pilləli mexaniki və ya 8 pilləli avtomat qutu olacaq. Yalnız Peugeot Rifter tam ötürücülü modifikasiyay sahib olacaq ki, onu fransızlara Dangel şirkəti hazırlayıb.

Mərkəzi Bankın avtomobilləri satışa çıxarıldı - 1500 manatdan başlayır

Hyundai Santa Fe.

Mən Cenevrəyə məzh bu avtomobil üçün gedirəm.  Tam yeni, 7-ci nəsil SantaFe. Həm optika, həm kapot və ümumiyyətlə avtomobil tam olaraq dəyişib. Avtomobil daha böyük,daha geniş olub. Azərbaycanda hansı mühərriklə peyda olacaqlar, onu demək çətindir. Aralarında 2.4 mühərrikə rast gələcəyimiz şübhəsizdir.

Jaguar I-Pace.

Hindlilərin elektrik mühərrikli krossoveri - Jaguar İ-Pace. AyPeys avtomobil arxa oxunda yerləşən iki elektrik mühərriki ilə hərəkətə gəlir. İngilis əsilli hindlilərin dediyinə görə avtomobilin qət edəcəyi məsafə tam elektrik yığmada 500 km təşkil edəcək. Azərbaycana kiminsə götirməsindən savayı gələcəyinə ümid yoxdur.

 

Kia Ceed.

Apostroflu adı ləğv ediblər. Sadə Ceed adına müraciət ediblər. Avropada avtomobil 1 və 1.4 litrlik turbomühərriklə satılacaq. Bizə isə daha sadə aqreqatlarln gələcəyi  şübhəsizdir. Ceed Azərbaycana gələcək. Lakin nə zaman bilinmir.

Lexus UX.

Toyota CH-R-ın lüks qardaşı Lexus UX. Güclərinə görə təbii ki, fərqlənəcəklər. UX 2 litrlik benzin Dynamic Force ailəsinə məxsus, həmçinin hibrid mühərriklə təchiz ediləcək. Bu avtomobilin Azərbaycanda yaxşı potensialı ola bilər.

 

Mercedes-Benz A klass

Mercedesin yeni ideal avtomobili. W177 kuza rəsmi olaraq Cenevrədə təqdim ediləcək. Avtomobil ölçü olaraq böyüyüb və yeni güc aqreqatları ilə təchiz edilib. Avtomobil həm benzin, həm də dizel mühərriklə təqdim ediləcək. Bizə gəlmə ehtimalı olan 1.33 litrlik, 7 pilləli avtomat sürətlər qutusunda turbo mühərrikdir. Bu sadəcə ehtimaldır. 

Ən çox yanacaq işlədən avtomobillər – SİYAHI

Mercedes-AMG G 63.

Azərbaycanlı avtomobil həvəskarlarının daha çox gözlədiyi avtomobil bəlkə də bu modeldir.  Ştutqartlı istehsalçılar bu  il Cenevrədə bir neçə avtomobil təqdim edəcəklər. Bu gücləndirilmiş "qalik"-i isə mən də yaxından izləyəcəm. G-vagen V8 turbo 585 at güclü , 9 pilləli avtomat sürətlər qutusu əldə edib. Tam ötürücülüdür  və bütün differinsialların məcburi bloklanmasına sahibdir. Qiymətləri bu yay açıqlayacaqlar.

Peugeot 508.

Bizim sevmədiyimiz, amma Avropalıların vurğunu olduğu avtomobil. 508 sedandan liftbekə çevirlib. Avtomobil EMP@ platformasında hazırlanıb. Bu platforma DS7 krossoveri və Peugeot 5008 üçün də baza sayılır. Bu avtomobil 1.6 PureTech benzin turbo mühırriklə və paralel olaraq 1.5, 2.0  dizel mühərriklə təchiz ediləcək. Anoloji olaraq benzin 180, 225 , dizel isə 130, 180 at gücü ilə təhciz ediləcək. Bütün versiyalar 8 pilləli sürətlər qutusuna sahib olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272