AVTO

Qərarsız protokol, MMX protokol nə vaxt qüvvəyə minir?
22 FEVRAL
2206

Qərarsız protokol, MMX protokol nə vaxt qüvvəyə minir?

2018-02-22 16:40:00

Sürücülərin bir çoxu MMX protokolla bağlı suallar varirlər. Onlardan biri budur: "Qərarsız protokolum var idi. MMX protokoldan məktub gəlməmişdi. Yolda YPX inspektoru saxlayıb qərarsız protokolları qərarlı etdi. Onun buna hüququ atırmı ? MMX protokol nə zaman qüvvəyə minir ?"

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Elektron kabinet

İlk olaraq ondan başlayaq ki, bütün mmx və qərarsız protokollarınız barəsində öz elektron kabinetinizdən xəbərdar ola bilərsiniz. Asanpay.az və E-Xidmət elektron kabinetləri vasitəsi ilə mmx protokollarınızın qərarlı olub olmadığını öyrənə bilərsiniz. Və sizə məktub gəlməzdən öncə könüllü surətdə qərarsız protokolu icra edib, ödənişi plastik kartla edə bilərsiniz.

Elektron kabinet açılması isə çox asandır. Asanpay elektron kabinetin açılma qaydalarını isə bu videodan izləyə bilərsiniz. 

MMX protokolun qərar verilmə müddəti

Bu məqaləmizdə mmx protokoldan qərar verildikdən sonra, cərimə gec ödənilərsə sürücülük hüququnun məhdudlaşdırılmasından bəsh etmişdik. İndi isə qərarsız protokolun inspektor tərəfindən qərarlı edilməsi və müddətlər haqqında danışacayıq. İlk olaraq müddətlər haqqında.

Qaydalara əsasən siz yol hərəkəti qaydasını pozursunuzsa, sizi radar qeyd edir və dərhal Mərkəzi Məlumat Xidmətinin (MMX) elektron sisteminə göndərir. Sistem avtomobilin sahibinin qeydiyat ünvanı və ya sonuncu etibarnamə verilmiş şəxsin qeydiyat ünvanı üzrə elektron imzadan istifadə etməklə elektron protokol tərtib edir. Daha sonra 2 gün ərzində elektron protokol ünvana göndərilməlidir.  Bəs 2 gün keçərsə protokol ləvğ edirmi ? Xeyr. Qanunda bu təsbit edilməyib. Qanunda ayrı məsələlər nəzərdə tutulub. MMX protokol xəta baş verdiyi tarixdən etibarən 1 ay ərzində elktron kabinetə yerləşdirilə bilər. Qərarlı və ya qərarsız fərq etməz. MMX protokoldan 1 il ərzində qərar verilə bilər. Əgər sürücü məsuliyətdən boyun qaçırmaq üçün qaçıb gizlənərsə, bu müddət 2 aya qədər artırıla bilər. Müddət ötürülürsə sürücü məsuliyətə cəlb edilmir.

Maddə 38. Müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə

38.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.

38.5. İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan iki il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz.

38.6. Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında elektron protokol inzibati xətanın törədildiyi gündən bir ay müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz.

Qərarsız protokolun qərarlı edilməsi.

Əsas məsələlərdən biri protokolun ünvana çatdırılmasıdır. İnspektorun yolda saxlayıb qərar verməsi məsələsi bununla bir başa bağlıdır. Avtomobilin qeydiyatda olduğu ünvanda heç kim yaşamırsa, sənədi heç kim qəbul edə bilmirsə, məktubu ünvana hər hansı bir formada çatdırmaq mümükün deyilsə, o zaman avtomobilin saxlanılması haqqında qərar qəbul edilir. Xatırladım ki, ünvanınıza məktub gəldikdə və siz onu qəbul etdikdən imtina etdikdə, bu məktubun qəbul edilməsi kimi hesab ediləcək.

Əgər məktubu sizə çatdırmaq mümkün deyilsə, bu zaman sizin avtomobilin saxlanılması haqqında qərar qəbul edilir. Bunu avtomobilə həbs vermə və cərimə meydançasına aparılması ilə səhv salmayın. Yolda inspektor sizi saxlayıb məktubu ünvanınıza çatdırıla bilmədiyi haqqında məlumat verir və protokolu sizə təqdim edir. Bu şifahi xəbərdarlıqla deyil, kağız daşıyıcıda olmalıdır. Amma praktikada DYP inspektoru bunu şifahi surətdə edir. Bunu nəzərə alın. Əgər şifahi formada edirsə, bu barədə şikayət edə bilərsiniz. Heç bir inspektor sizə yazılmış qərarsız protokolu qərarlı etmir. Onun buna səlahiyəti çatmır. O, yalnız sistemdə sizə məktubun çatdırılması haqqında düzəliş edir. 10 gün ərzində siz bu protokoldan şikayət etməsəniz, sistem sizə yazılmış protokol üzrə qərarı qüvvəyə mindirəcək. Qərarsız protokola görə avtomobil cərimə meydançasına gedə bilməz. Avtomobil cərimə meydançasına ödənilməyən (2 ay ) və faizləri hesablanan cəriməyə görə gedir. Fazi hesablanması üçün isə qərarın verilməsi mütləqdir. Qərarsız protokola görə avtomobil cərimə meydançasına aparıla bilıməz.

97.4. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədləri ünvan sahibinə onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmaması və onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin olmaması səbəbindən 10 gün müddətində bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmadıqda, həmin sənədlərin surətinin verilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəqliyyat vasitəsinin dayandırılaraq müvafiq sənədin təqdim edilməsi barədə qərar qəbul edilir. Bu halda saxlanılmış nəqliyyat vasitəsinin istifadəçisinə həmin sənədlərin surəti təqdim edildikdən və müvafiq qeydlər aparıldıqdan dərhal sonra nəqliyyat vasitəsi buraxılır.

Ona görə DYP isnpektoru qərarsız MMX-nı qərarlı etmir. O, sadəcə sizə məlumat verir. Qərarlı edən sistemin özüdür. Ona görə vaxtında bu problemlərdən azad olmaq üçün , mütləq özünüzə elektron kabinet yaradın. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267