AVTO

Gürcüstandan Azərbaycana avtomobil idxalı 6 dəfədən çox artıb
20 FEVRAL
355

Gürcüstandan Azərbaycana avtomobil idxalı 6 dəfədən çox artıb

2018-02-20 12:26:00

Bu ilin yanvar ayında Gürcüstandan Azərbaycana 7 mln. 399.4 min dollar dəyərində 402 ədəd avtomobil idxal edilib. Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin məlumatında deyilir.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

 Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin yanvar ayı ilə müqayisədə 337 ədəd və ya 6,18 dəfə çoxdur. Məbləğ baxımından isə 5 mln. 389,8 min dollar və ya 3,68 dəfə çoxdur.

 Qeyd edək ki, 2017-ci ilin yanvar ayı ərzində Gürcüstandan xarici ölkələrə 2 mln. 9,6 min dollar dəyərində 65 ədəd avtomobil göndərilib.

 Ümumilikdə isə ötən ay Gürcüstandan xarici ölkələrə 15 mln. 689.5 min dollar dəyərində avtomobil ixrac edilib. Bu isə Gürcüstanın ümumi ixracının 7%-nə bərabərdir. 2017-ci ilin yanvar ayında bu rəqəm 10 mln. 814.9 min dollar dəyərində olub. 

 © APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272