AVTO

Azərbaycana avtomobillərin yarısı Gürcüstandan gətirilib
19 FEVRAL
500

Azərbaycana avtomobillərin yarısı Gürcüstandan gətirilib

2018-02-19 20:52:00

Ötən ay Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 91 mln. 058,7 min dollar təşkil edib. Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına görə, yanvar ayında Azərbaycan qonşu ölkənin Türkiyə və Rusiyadan sonra 3-cü əsas ticarət tərəfdaşı olub.

 Ötən ay Azərbaycan Gürcüstandan 20 mln. 219,3 min dollar dəyərində məhsul idxal edib. Azərbaycanın qonşu ölkəyə ixracının dəyəri isə 70 mln. 839,3 min dollar təşkil edib.

 Azərbaycanın Gürcüstanın xarici ticarət dövriyyəsində payı 11,2% təşkil edib.

 Ötən ay Azərbaycan Gürcüstandan ən çox minik avtomobili (402 ədəd) idxal edib. İdxal olunmuş avtomobillərin dəyəri 7 mln. 399,4 min dollar təşkil edib. (Qeyd edək ki, ötən ay Azərbaycana 908 ədəd minik avtomobili idxal olunub)

 Qonşu ölkədən ən çox idxal olunan məhsulların ilk beşliyinə daha sonra medikamentlər (2 mln. 517,4 min dollar dəyərində),  siqarlar (2 mln. 251,8 min dollar), diri iribuynuzlu mal-qara (1 mln. 177,7 min dollar) və dəmir və ya aşqarlanmış poladdan çubuqlar (902,2 min dollar) daxildir. 

 Yanvar ayında Azərbaycandan Gürcüstana ən çox  neft qazları və digər qaz halında karbohidrogenlər (44 mln. 064,9 min dollar dəyərində) ixrac olunub.

 Qonşu ölkəyə ən çox ixrac olunmuş məhsullara daha sonra elektrik enerjisi (9 mln. 383,5 min dollar), neft və neft yağları (5 mln. 701,9 min dollar), qazma və digər avadanlıqların hissələri (2 mln. 944,6 min dollar) və dəmiryol və ya tramvay xətləri üçün yol avadanlıqları və qurğuları (906 min dollar) daxildir.

 Ötən ay Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 816,6 mln. dollar təşkil edib. Bu göstərici ötən ilin eyni göstəricisi ilə müqayisədə 20,2% çoxdur.

 Qonşu ölkənin ixracı 26% artaraq 222,7 mln. dollar, idxalı isə 18,2% artaraq 593,9 mln. dollar təşkil edib.

 © APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258