AVTO

Palatadan avtomobil sahiblərinə – MÜRACİƏT
14 FEVRAL
586

Palatadan avtomobil sahiblərinə – MÜRACİƏT

2018-02-14 16:00:00

Xəbər verdiyimiz kimi, müxtəlif vasitələrlə avtomobil sahiblərinin nömrələrini əldə edərək onları sığorta ilə bağlı bezdirən sığortaçı qızlar yeni satış üsuluna başlayıb. İndi də sürücüləri şantaj edərək sığorta satmağa çalışırlar. Maliyyə Bazarlarına Nəzarət Palatası Fins.az-ın sorğusuna avtomobil sahiblərinə müraciət edərək bildirib ki, onlara məxsus olan sığorta sirri məlumatlarının sığorta bazarının peşəkar iştirakçıları tərəfindən yayılması halı ilə rastlaşdıqda dərhal bu barədə Palataya məlumat versinlər: “Hər bir müraciət dərhal araşdırılacaq.

 Eləcə də bax:Bakıda avtoservislərdə sizi necə aldadırlar? – ƏN SADƏ ÜSULLAR

Əgər qeyd edildiyi kimi, sığorta bazarının peşəkar iştirakçısı tərəfindən sığorta sirri hesab edilən məlumatın qorunması tələblərinin pozulması faktı müəyyən edilərsə həmin şəxsin lisenziyası məcburi qaydada ləğv ediləcəkdir”.Həmçinin şantaj və ya bu kimi digər sığorta fəaliyyəti üzrə Palatanın mandatına aid olmayan hallar yarandıqda hüquq mühafizə orqanlarına müraciət edilməsi tövsiyə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277