AVTO

Yeni avtomobil zavodunun açılış tarixi məlum oldu
13 FEVRAL
407

Yeni avtomobil zavodunun açılış tarixi məlum oldu

2018-02-13 15:55:00

Azərbaycan və İran müştərək avtomobil istehsalı zavodunun rəsmi açılışı bu ilin mart ayında baş tutacaq. 

 Fins.az xəbər verir ki, bunu APA-ya açıqlamasında “İran Xodro” şirkətin baş direktoru Haşim Yekke Zare deyib.

Eləcə də bax:Yeni "Hyundai Santa Fe" belə olacaq –VİDEO

O deyib ki, bu müştərək şirkət Azərbaycanla birgə yaradılıb. Qeyd edək ki, avtomobil zavodu Neftçala sənaye məhəlləsində fəaliyyət göstərəcək.  "Şirkətdə İran tərəfi 25%, Azərbaycan tərəfi isə 75% paya malikdir. Şirkət Rana və Dena tipli avtomobillər istehsal edəcək", - deyə baş direktor vurğulayıb. Haşim Yekke Zare qeyd edib ki, zavod fəaliyyətə başladıqdan sonra Azərbaycan tərəfi investisiya yatırarsa, bu ölkədə avtomobil hissələri də istehsal ediləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1108
  • ₽ RUB
    0.0301