AVTO

Yeni "Hyundai Santa Fe" belə olacaq –VİDEO
13 FEVRAL
835

Yeni "Hyundai Santa Fe" belə olacaq –VİDEO

2018-02-13 12:21:00

Hyundai şirkəti növbəti nəsil Santa Fe modelinin yeni videotizerlərini yayıb. Bir müddət bundan öncə, koreya istehsalçısı yeni krossoverin rəsmi fotoşəkillərini dərc etmişdi. Dərc edilmiş videotizerdə yeni krossoverin təqdimat tarixi də açıqlanıb - 21fevral 2018-ci il.

Eləcə də bax:Polis maşını satışa çıxarıldı -2275 manat (FOTOLAR)

Cənubi Koreya bazarında krossover 2,0- və 2,2-litrlik dizel mühərrikləri və 2,0-litrlik benzin turbomühərriki ilə təlkif ediləcəkdir.  Güc aqreqatları səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışacaqdırlar. Bir müddət bundan əvvəl sketçləri dərc edilmiş yeni nəsil Santa Fe modeli Nexo krossoverinin üslubunda dizayna sahib olub.

Buna misal olaraq ikimərtəbəli işıq texnikasını və “kaskad” formalı radiator barmaqlığını da göstərmək olar. Yeni krossoverinin salonunun əsa xüsusiyyətləri multimedia sisteminin ayrıca displeyi olan üçsəviyyəli cihazlar paneli, havalandırma sisteminin deflektorlar bloku, həmçinin klimat-kontrol və məlumat-əyləncə sisteminin idarəetmə blokudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259