AVTO

Rusiyada ən çox oğurlanan avtomobillər açıqlandı
12 FEVRAL
329

Rusiyada ən çox oğurlanan avtomobillər açıqlandı

2018-02-12 14:47:00

Rusiyada 2017-ci il üzrə ən çox oğurlanan avtomobillərin siyahısı açıqlanıb. Fins.az-ın məlumatına görə, ötən il Rusiyada ən çox “Lada” avtomobilləri qaçırılıb. Bu şirkətin 5 756 avtomobili maşın oğrularının qurbanı olub. İkinci yerdə “Toyota” (3 797), üçüncü yerdə “Hyundai” (2 056) avtomobilləri qərarlaşıb. Siyahıda həmçinin “Kia”, “Nissan”, “Chevrolet”, “Land Rover”, “Audi” və UAZ yer alıb. Ümumilikdə, statistikaya əsasən 2017-ci il üzrə 34 minə yaxın avtomobil qaçırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258