AVTO

“İkinci əl avtomobillər sürətlə ucuzlaşacaq”- ALICILARIN NƏZƏRİNƏ
13 FEVRAL
8838

“İkinci əl avtomobillər sürətlə ucuzlaşacaq”- ALICILARIN NƏZƏRİNƏ

2018-02-13 12:06:00

“Fevral ayının 15-dən mart ayının sonuna qədər ikinci əl avtomobillər ucuzlaşacaq”. Bunu fins.az-a açıqlamasında avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərov deyib. Onun sözlərinə görə, alıcılıq qabiliyyəti bu müddətdə ən aşağı səviyyə düşdüyü üçün qiymətlərdə enmə müşahidə edilir. O bildirib ki, ikinci əl avtomobil bazarında hazırkı qiymətlər şişirdilib və bu süni qiymət artımıdır:“Köhnə “Merdeces” modellərində 1000-2000 manatlıq artım bütün bazara təsir edə bilməz. Hazırda ikinci əl avtomobil bazarında durğunluq başlayıb.Heç kim avtomobil almır”.

Eləcə də bax: Bakıda Yaponiya avtomobilləri ucuzlaşdı – QİYMƏTLƏR

E.Cəfərovun sözlərinə görə, İkinci əl avtomobil elanlarında da vəziyyət dəyişib. Belə ki, əvvəl elanla seçilən avtomobillə maraqlanan zaman avtomobilin satıldığını deyirdilər. İndi isə real alıcı üçün hətta endirim də təklif edirlər. Ona görə də qiymətlər sürətlə düşəcək.  Xüsusilə də qiyməti süni şəkildə artırılan avtomobillər ucuzlaşacaq. Yəni, ikinci əl avtomobillər 20%-dək ucuzlaşacaq:“Məsələn, ömrünü başa vuran 9 min manatlıq 2000-ci il model “Mercedes” 11 min manata kimi bahalaşmışdı. Bu avtomobillər yenidən 9 min manata düşəcək. 1997-ci il model “Mercedes C Class” modelini 8500 manata təklif edirdilər, halbuki avtomobilin bazar dəyəri 7 min manatdan çox deyildi və indi  7 min manata təklif ediləcək”.

Yeni avtomobillərə gəlincə  ekspert bildirir ki, bu avtomobillərin qiymətində dəyişiklik gözlənilmir. Belə ki, yeni avtomobilləri  satmaq üçün rəsmi dilerlərə müəyyən edilmiş qiymət intervalı var və şirkətlər bu qiymətlərdən yuxarı avtomobilləri sata bilməzlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1108
  • ₽ RUB
    0.0301