AVTO

KİA Ceed belə olacaq -İLK TƏSVİR
06 FEVRAL
236

KİA Ceed belə olacaq -İLK TƏSVİR

2018-02-06 15:53:00

"KİA" Ceed hetçbekinin üçüncü nəslinin dizaynı təsvir edilən rəsmi təsvirini dərc edib. Yeni hetçbekin debütü mart ayında işinə başlayacaq Cenevrə avtosalonunda baş tutacaqdır.

Modelin işlənib-hazırlanması ilə Kia şirkətinin avropa ofisi məşğul olub. Beşqapılı modelin dizaynı Frankfurt şəhərində yerləşən mərkəzdə yaradılıbdır. Kia Ceed modelinin üçüncü nəslinin texniki təfərrüatları açıqlanmayıb.

Koreya istehsalçısı avtomobilin adını dəyişəcəyini də təsdiq edib. Əvvəllər model c’eed kimi tanınsa da, yeni model Ceed adlandırılacaqdır. Modelin carçısı olan Proceed konsepti keçən ilin payızında keçirilmiş Franksfurt avtosalonunda nümayiş etdirilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276