AVTO

Bakıda bu taksilərdə pulsuz “WIFI” olacaq
06 FEVRAL
215

Bakıda bu taksilərdə pulsuz “WIFI” olacaq

2018-02-06 14:18:00

Güvən Taksi *1188 tam pulsuz WIFI” sisteminə keçir. Bunu Fins.az-a açıqlamasında şirkətin rəhbəri Qafqaz Məmmədov deyib. Onun sözlərinə görə, artıq bir neçə aydır ki, *1188 taksi xidməti müştərilərinə pulsuz “WIFI” xidməti göstərməyə başlayıb. Hazırda şirkətə aid taksilərin 30%-də pulsuz “WIFI” var. Güvən Taksi 2018-ci il ərzindəreklamı olan bütün taksilərdə tam pulsuz “WIFI” sisteminə keçəcək: “Bunu bütün taksilərdə etmək mümkün deyil. Amma çalışacağıq ki, üzərində reklam olan taksilərlə yanaşı, digər taksilər də bu xidməti göstərə bilək”.

Eləcə də bax: Bakıda Yaponiya avtomobilləri ucuzlaşdı – QİYMƏTLƏR

Qeyd edək ki, Bakıda bir sıra taksi xidmətləri pulsuz “WIFI” təqdim etməyə başlasalar da, bu, hələlik kütləviləşməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301