AVTO

İş adamları və TOP menecerlər bu il hansı avtomobilləri sürəcək?
19 YANVAR
413

İş adamları və TOP menecerlər bu il hansı avtomobilləri sürəcək?

2018-01-19 11:41:00
Fins.az ekspertlərin fikirlərinə əsasən 2018-ci ilin ilin avtomobil dəbini araşdırıb. Ekspertlər hesab edirlər ki, əhalinin müxtəlif təbəqələri üzrə gəlirlərə və tələbata uyğun olaraq dəb fərqlidir. 2018-ci ildə iş adamları və Top menecerlərin avtomobil zövqündə ciddi dəyişiklik olmayacaq. Əmlak üzrə ekspert Vaqif Hüseynov Fins.az-a bildirib ki, ötən ilin sonunda təqdim edilən yeni “Mercedes S Class” böyük əks-səda doğura bilib. İş adamları, biznesmenlər və TOP menecerlər arasında bu avtomobil 2018-ci ildə dəbdə ola bilər. Bundan əlavə, “Maserati” SUV modelini buraxıb. Artıq Bakı küçələrində də bu avtomobilləri görmək olur. Qiymətinə görə, ideal göstəriciləri var. Ona görə də bu avtomobil də Azərbaycanda populyarlıq tapacaq: “Ümumilikdə, isə azərbaycanlılara xas bir xüsusiyyət var. İnsanlar bir şeyə alışanda yenilik ardınca o qədər də getmirlər. Bu isə o deməkdir ki, “Toyota”, “Lexus”, “Mercedes”, “BMW”nin bahalı SUV-ları bu il də dəbdə olacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9978
  • ₽ RUB
    0.0273