AVTO

Yol polisinin “BMW-320”-ləri satışa çıxarılır – Qiymətlər 5200 manatdan başlayır
15 YANVAR
4039

Yol polisinin “BMW-320”-ləri satışa çıxarılır – Qiymətlər 5200 manatdan başlayır

2018-01-15 12:03:00

Fevral ayının 13-də hərraca çıxarılan avtomobillər açıqlanıb. Əmlak Məsələləri Dövlət Komitəsindən Fins.az-a verilən məlumata görə, növbəti əmlak hərracında dövlət qurumlarına aid 11 avtomobil iştirak edəcək. Avtomobillərdən 7-si Daxili İşlər Nazirliyinə aid 2007-ci il model “BMW-320” avtomobilləridir. Başlanğıc qiymət 5200 manatdan başlayır. 2 “QAZ-31105” avtomobili hərraca 1800 manat başlanğıc qiymətlə çıxarılacaq. Bundan əlavə, Nazirliyinə aid Mercedes Benz Daimler mikroavtobusunun ilkin hərrac qiyməti 1500 manat, “Azəralüminium” ASC-yə aid PAZ-4234 avtomobilin qiyməti isə 6300 manatdan başlayır. Daha ətraflı məlumat əldə etmək istəyənlər bu linkə daxil ola bilərlər.

http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=3326

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258