AVTO

Yeni Kia Cerato sedanı belə olacaq – FOTOLAR
12 YANVAR
803

Yeni Kia Cerato sedanı belə olacaq – FOTOLAR

2018-01-12 10:18:00

Kia şirkəti növbəti nəsil Forte sedanının (Azərbaycan bazarında Cerato) bir neçə təsvirini dərc edib. Yeni modelin interyer və eksteryer dizaynının bir sıra elementləri koreya markasının ən güclü və yeyin modeli olan Stinger liftbekindən götürülmüşdür.

Bununla belə, Kia nümayəndələri yeni sedan haqqında heç bir texniki məlumat verməyiblər. Şirkətdən yalnız sedanın debüt edəcəyi tarixi açıqlayıblar. Yeni Kia Forte 15 yanvar tarixində Detroyt avtosalonunda təqdim ediləcəkdir. Azərbaycan bazarında cari nəsil Kia Cerato modeli sedan, hetçbek və kupe kuzovları ilə təklif edilir. Cerato sedan 130 at qüvvəsi hasil edən 1,6-litrlik dörd silindrli mühərrik ilə 34600 manatdan başlayan qiymətlərlə təklif edilir. Hetçbek kuzovlu modelin qiymətləri isə 32400 manatdan başlayır.

Nəhayət, Cerato kupe 161 at qüvvəli 2,0-litrlik mühərrik ilə təchiz edilir və 38000 manatdan başlayan qiymətlə satılır.

©autograph.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251