AVTO

Baxın görün təhlükəsizlik yastığı zərbədən sonra insanı nə hala salır – VİDEO
09 YANVAR
657

Baxın görün təhlükəsizlik yastığı zərbədən sonra insanı nə hala salır – VİDEO

2018-01-09 14:29:00

Bəzən avtomobildə hərəkət edən sürücülər və sərnişinlər hava yastığına arxayın olub təhlükəsizlik kəmərindən istifadə etmirlər. Fins.az bildirir ki, müasir avtomobillərində bəzən kəmər taxılmadıqda hava yastığı qəza anında açılmaya bilər. Bundan əlavə, hava yastığı əksər hallarda zərbənin təsirindən və dəydiyi nöqtədən asılı olaraq açılır. Avtomobilin qabaq künc hissəsindən elə bir zərbəyə tuş gələ bilərsiniz ki, yastıqlar açılmaz. Çünki yastıqlar yalnız qabaqqabağa toqquşmada işə düşür.

Digər tərəfdən, avtomobil aşarkən də yastıqların açılması baş verməyə bilər. Ona görə ki, yastıqlar əksər hallarda ya qarşı-qarşıya zərbədə, ya da yandan vurulan zərbə anında açılır. Aşma zamanı isə bəzən avtomobil sadəcə havada fırlanıb arxası üstüə düşür ki, bu zaman yastıqların qoşulduğu sistem zərbəni hiss etmir və nəticədə yastıq açılmır. Odur ki, təhlükəsizlik kəmərinin taxılması olduqca vacibdir.

Bundan əlavə, bəzən avtomobildə olan sərnişinlər düzgün oturma qaydası seçmirlər. Avtosfer.az-ın təqdim etdiyi videoda düzgün oturmayan sərnişinlərin qəza anında hansı hala düşə biləcəyi əks olunur. Bu zaman ayaqlar və qollar sına bilər. Odur ki, hər bir halda kəməri taxıb düzgün oturma qaydasına fikir vermək lazımdır. Avtomobildə çəpəki oturmaq, ayaqları qatlayıb oturmaq, ayaqları şitin üzərinə qoymaq təhlükəlidir. Unutmayın ki, qıza bir göz qırpımında baş verir və siz o anda özünüzü normal vəziyyətə gətirməyə imkan tapmayacaqsınız...

©Avtosfer.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276