AVTO

Yol polisinin avtomobilini ötmək olarmı? – ŞƏRH
09 YANVAR
1177

Yol polisinin avtomobilini ötmək olarmı? – ŞƏRH

2018-01-09 11:56:00

Bir çox sürücülərimiz qarşıda yol polisi avtomobili gördükdə, sözün həqiqi mənasında qorxurlar. YPX avtomobili nə qədər aşağı sürətlə gedərsə, sürücülər də sürəti bir o qədər aşağı salarlar. Əslində isə YPX avtomobilini ötə bilərsiniz.

Belə bir söz var -"Ən intizamlı sürücü, yol polisinin arxasıyca hərəkətb edən sürücüdür". Bəs qarşıda YPX avtomobuili gedirsə, sizin  isə sürətiniz ondan yüksəkdirsə (qanun icazə verdiyi həddə), o zaman nə etməli?

Bir çox sürücülər genişı yollar və prospektlərdə qaydaları pozurlar. İcazə verilən həddən daha artıq sürətlə hərəkət edir, kamera və ya yol polisi gördükdə sürəti aşağı salırlar. Lakin elə an olur ki, YPX avtomobili daha aşağı sürətlə hərəkət edir. Və bu zaman normal hərəkət edən digər sürücülər nədənsə sürətlərini aşağı salırlar. Əgər YPX avtomobilinin sürəti icazə verilən həddə yaxındırsa, bir çoxları risk etmir. Çünki YPX avtomobillərində hərəkətdə olan avtomobilin sürətini ölçən radarlar var. Lakin Azərbaycanda hərəkət sürətini saatda 10 km-dən daha çox aşıldıqda cərimə tətbiq edilməyə  başlanılır. Yəni tutaq ki, YPX avtomobili saatda 60 km sürətlə gedir, siz isə saatda 70 km sürətlə. Bu zaman sizə cərimə yazılması mümkün deyil. Radar göstəriciləri olmadan iddia yersizdir və ümumiyyətlə hərəkət sürətinin aşılması radar vasitəsi ilə aşkara çıxarılırsa, ona görə yolda saxlamırlar. Bir başa evə məktub göndərirlər. YPX inspektoru "Mən 60-la gedirdim, sən məni ötdün. Demək ki, sürəti aşmısan deməsi sübut sayılmır".

Lakin siz YPX avtomobilini sağdan üstələsəniz, sizin saxlanılma ehtimalınız böyükdür. Burada "sağdan ötmə"-dən başlamış, "avtoxuliqanlıq" kimi iddialarla rastlaşa bilərsiniz.

Sağdan üstələmə nə zaman sağdan ötmə hesab edilə bilər ?

Qanuna əsasən ötmə hərəkət zolağını dəyişməklə qarşıda gedən nəqliyyat vasitəsini üstələməyə deyilir. əsas şərt burada hərəkət zolağını dəyişməkdir. YPX inspektoru saatda 60 km sürətlə hərəkət edir. Sizin sürətiniz saatda 70 km-dir. Siz heç bir zolağı dəyişmədən onun sağ zolağı ilə üstələmə həyata keçirirsinizsə, siz qaydanı pozmamısınız. Çünki siz onunla eyni sürətdə getməyə borclu deyilsiniz. Əsas məsələ qaydalara uyğun sürət həddinə əməl etmək və manevr etməməkdir. Yox, əgər siz onun arxasıyca gəlib, sonra zolağı dəyişib və onu üstələsəniz bu zaman qayda pozmuş olacaqsınız. Bu sağdan ötmə hesab edilə bilər. Amma tutaq ki, siz zolağı sağa dəyişirsiniz və təxmini 5 dəqiqədən sonra onu üstələyirsinizsə, bu artıq sağdan ötmə hesab edilmir. Çünki ötmə dərhal yerinə yetirilən manevrdir. "Avtoxuliqanlıq" iddiası adətən sağdan ötmədən sonra başlanılır. Avtoxuliqanlıqla bağlı məqaləni buradan oxuya bilərsiniz.

Bir məsələyə isə mütləq diqqət edin - YHQ 37-ci ,48-ci, 74-cü maddəyə əsasən sayrışan xarici işıq cihazı və səs-siqnalı qoşan nəqliyyat vasitəsinə qoşulub hərəkət etmək, ona yol verməmək və ya onu ötüb keçmək qadağandır.

Əsas şərt budur - qarşınızdakı YPX avtomobili sayrışan işıq və səsiqnalı qoşmayıbsa, qanuna uyğun olaraq onu ötüb keçmək olar.

© Avtostop.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301