AVTO

Düşünmə gücü ilə avtomobil sürmək mümkün olacaq – VİDEO
08 YANVAR
198

Düşünmə gücü ilə avtomobil sürmək mümkün olacaq – VİDEO

2018-01-08 11:55:00

Tamamilə avtonom işləyən avtomobillər hələ kütləvi hal almasa da, bir çox texnologiya şirkətləri yarı avtomat sistemlərin hazırlanması ilə məşğul olur. Fins.az ICTnews-a istinadən xəbər verir ki, Yaponiyanın “Nissan” avtomobil istehsalçısı belə sistem təqdim edib. Yeni texnologiya avtomobil sürücüsünün fikrini oxuyaraq öncədən bu əməliyyatı yerinə yetirəcək. Sistem “Brain-to-Vehicle” və ya “B2V” adlandırılıb. Hazırda “Nissan” şirkəti tərəfindən hazırlanmış sistemin prototipi öz işi üçün sürücünün elektrodlarla təchiz edilmiş xüsusi şlem taxmasını tələb edir. Bu baş geyimi insanın beyin qabığının aktivliyini ölçə və onu deşifr edə bilər. Məlumata görə, sistem avtomobil sürücüsünün edə biləcəyi qəfil hərəkətlər haqda öncədən məlumatlı olur. Məsələn, sükan çarxının kəskin döngəsi və ya əyləcə sıxma kimi. Sistem avtomobil sürücüsünün fikrini dəqiq müəyyənləşdirən kimi özü bu hərəkəti yerinə yetirir. “Nissan” şirkətinin məlumatına görə, yeni texnologiya sürücüdən 0,2-0,5 saniyə daha sürətlidir.

“B2V” sistemi gələn həftə Las-Veqasda keçiriləcək “CES 2018” sərgisində nümayiş etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9978
  • ₽ RUB
    0.0273