AVTO

Bakıda bu avtomobillər 6 500 manata kimi ucuzlaşdı
08 YANVAR
1952

Bakıda bu avtomobillər 6 500 manata kimi ucuzlaşdı

2018-01-08 11:09:00

Rəsmi avtomobil dilerləri yeni il ilə bağlı endirim kampaniyalarına başlayıblar. Bu kampaniyalar çərçivəsində ötən ilə aid bəzi avtomobil markalarında endirimlər təklif edilir. Söhbət “Dodge” və “Jeep” avtomobillərindən gedir.

Hər iki markanın Azərbaycanda rəsmi təmsilçisi “Avtolüks Azərbaycan” şirkətindən Fins.az-a verilən məlumata görə, bu avtomobillərə yanvar ayının sonuna kimi maksimum 6 min manata kimi endirim təklif edilir.

Dodge” markasına aid 2016-cı il model “Durango” 4500 manat endirimlə 90500 manata satılır.

Jeep Grand Cherokee” modelinin isə iki versiyası ucuzlaşıb. Limited versiya 103 min manatdan 98 manata düşüb. Overland versiyanın qiyməti isə 105 500 manatdan 99 min manata endirilib. Başqa sözlə, 6500 manat ucuzlaşıb.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277