AVTO

Bu il Çin bazarında 16 yeni “Audi” modeli satışa çıxarılacaq
05 YANVAR
399

Bu il Çin bazarında 16 yeni “Audi” modeli satışa çıxarılacaq

2018-01-05 18:39:00

Çin-Almaniya birgə müəssisəsi olan “FAW-Volkswagen Automotive” şirkəti bu il Çin bazarında 16 yeni “Audi” modelini satışa çıxaracaq.

Fins.az xəbər verir ki, Çin bazarında “Audi” avtomobillərinə ötən il marağın artması müşahidə olunub. Keçən il Çində rekord sayda - 595 min “Audi” modeli satılıb ki, bu da əvvəlki illə müqayisədə 1,1 faiz çox olub. “FAW-Volkswagen Automotive” bu amili əsas götürərək, bu il bazara yeni modellər çıxarmağı qarşıya məqsəd qoyub.

Yeni modellər arasında süni intellektlə təchiz olunan “Audi A8L”, yeni nəsil “Audi Q5L”, o cümlədən bütün dünyada ilk dəfə Çində təqdim olunacaq “Audi Q8” krossover modelləri var.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255