AVTO

"Kia"nın ilk elektrik krossoveri belə olacaq – FOTOLAR
05 YANVAR
171

"Kia"nın ilk elektrik krossoveri belə olacaq – FOTOLAR

2018-01-05 10:05:00

Kia şirkəti tam elektrik güc qurğusu ilə təchiz edilmiş konseptual krossoverin bir neçə tizerini bölüşüb. Konseptin maraqlı xüsusiyyətlərindən biri radiator barmaqlığının yerində quraşdırılmış işıqdiodlarından paneldir.

Bununla belə, Kia konseptin texniki hissəsi barədə məlumat verməyib.

Şirkətdən yalnız prototipin “bu günə qədər heç kimin görmədiyi” erqonomika və interfeysə sahib olduğu bildirilibdir. Bu qurğular haqqında da ətraflı məlumat təqdim edilməyib. Elektrik krossoverinin təqdimatı 8 yanvar tarixində Las-Veqasda işinə başlayacaq istehlak elektronikasının sərgisi (CES) çərçivəsində keçirilməlidir.

Konsept-karla birlikdə Kia avtonom idarəetmə sistemlərini, həmçinin 5G rabitəsini dəstəkləyən və 2018-ci ildə istehsalçının modellərində quraşdırılacaq əyləncə komplekslərini təqdim edəcəkdir.

© Autograph.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301