AVTO

Bu ölkədə qara rəngli avtomobillər qadağan olundu
04 YANVAR
493

Bu ölkədə qara rəngli avtomobillər qadağan olundu

2018-01-04 16:28:00

Türkmənistanda qara rəngli avtomobillərin istifadəsi qadağan olunub.

Hökumətdəki mənbələrin məlumatına görə, bu qərar ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədovun ağ rəngə olan sevgisindən qaynaqlanıb.

Qeyd edək ki, 2015-ci ildə qara rəngli avtomobillərin ölkəyə idxalına qadağa qoyulmuş, rəsmi şəxslərə ağ rəngli avtomobillərdən istifadə etmək təlimatı verilmişdi. 2018-ci ildən əhali də qara avtomobildən istifadə etməyəcək. Maşını qara rəngdə olan insanlar isə onu başqa rəngə boyayacaqlar. Avtomobilin rənglənməsi 1000-3000 dollara başa gəlir.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259