AVTO

Burada yolu düz keçmirsiz – SÜRÜCÜLƏRƏ CƏRİMƏ XƏBƏRDARLIĞI
04 YANVAR
4843

Burada yolu düz keçmirsiz – SÜRÜCÜLƏRƏ CƏRİMƏ XƏBƏRDARLIĞI

2018-01-04 10:33:00

Bir çox sürücülər zolaqlar üzrə hərəkət yol nişanı ilə , məcburi hərəkət yol nişanını səhv salır və onların mənasını düzgün qəbul etmirlər. Elə buna görə Yasamal parkı (keçmiş Musabəyov parkı) istiqamətində yol hərəkəti qaydaları pozulur.

Nazim Hikmət küçəsindən gəlib Mətbuat prospekti istiqamətində dayandıqda, yolun sağ tərəfində STOP , düz və sağa məcbur edici hərəkət nişan var. Zolaqlarda isə zolaqlar üzrə hərəkət nişanlanma xətti çəkilib. Bir çox sürücülər Mətbuat pr-də ortada səki olduğunu əsas gətirərək, oradan sola Zərdabi pr-i istiqamətində dönürlər. Çünki qanuna görə məcburi hərəkət istiqaməti nişanları yolayrıcında birinci kəsişməyə qədər qüvvədədirlər. Amma burada zolaqda zolaqlar üzrə hərəkət yol nişanı quraşdırılıb. Bu nişanlama xətti 5.8.1 və ya 5.8.2 lövhəsi ilə birlikdə və ya müstəqil quraşdırıla bilər.

Əgər bu nişan ya lövhədə və ya zolaqda çəkilibsə, bu bütün yol ayrıcına aiddir. Bu nişan konkret bir zolaqda hara istiqamət ala biləcəyini göstərir. Və bu nişanlanma xətti bütün yolayrıcına aid olduğuna görə zolağın nianlanmasını pozmaq olmaz. Əgər zolaqlar üzrə hərəkət nişanlanma xətti olmasa idi, həmin ərazidən sola dönmək olardı. Lakin halhazırda orada bu nişanlanma olduğuna görə mütləq düzünə Ə.Haqverdiyev küçəsi istiqamətində getmək lazımdır. YHQ 69-cu maddə 18-ci bəndə əsasən yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir. Videoda misallarla izah etmişik. İzləyin və paylaşın.

© Avtostop.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258