AVTO

"Alfa Romeo"nun ən güclü krossoveri olacaq
29 DEKABR 2017
222

"Alfa Romeo"nun ən güclü krossoveri olacaq

2017-12-29 14:00:00

Audi Q7 krossoveri ilə rəqabət aparacaq Alfa Romeo markasının bayraqdar krossoveri 400 at qüvvəsinin üzərində gücə malik olan mühərrik ilə təchiz ediləcəkdir. Bu barədə Auto Express nəşrinə italyan markasının texniki direktoru Roberto Fideli bildirib.

Yeni krossoveri Stelvio və Giulia modellərinin istehsalında istifadə edilən şassinin uzadılmış variantında inşa edəcəkdirlər. Güc aqreqatı olaraq yumşaq hibrid sistem istifadə olunacaqdır. Qurğunun tərkibinə elektrik ötürməli turbokompressoru olan 2,0-litrlik benzin mühərriki və 48-voltluq enerji sistemi daxil olacaqdır. Təznimləmələrdən asılı olaraq hibrid qurğunun gücü 350 - 400 at qüvvəsi təşkil edəcəkdir. Yeni krossover Stelvio modelinə nisbətən 200 kiloqram ağır olacaqdır.

Yeni krossoverin satışlarına 2020-ci ildə start veriləcəkdir.

© autograph.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+5°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1108
  • ₽ RUB
    0.0301