AVTO

“2017 Azərbaycanda Çin avtomobilləri ili olub”
28 DEKABR 2017
444

“2017 Azərbaycanda Çin avtomobilləri ili olub”

2017-12-28 14:44:00
“2017-ci ildə rəsmi dilerlərin satışı artıb”. Bunu Fins.az-a əmlak üzrə ekspert Vaqif Hüseynov deyib. Onun sözlərinə görə, 2017-ci ildə ikinci əl avtomobil bazarı ilə yanaşı, yeni avtomobillərində satışlarında artım müşahidə edilib: “2016-cı ildə avto kreditlərin dayandırılması yeni avtomobillərin satışında ciddi problem yaratmışdı. Amma 2017-ci ildə rəsmi dilerin satışları artıb. Bu həm də taksi bazarında ciddi dirçəlmə ilə bağlı oldu”.
Ekspert bildirib ki, 2017-ci il Çin avtomobillərinin ili kimi də adlandırmaq olar. Belə ki, taksi sürücülərinin yeni və ucuz avtomobillərə marağı avtomobil bazarında Çin istehsalı olan aşağı büdcəli markalara tələbi artırıb: “Taksi sürücüləri uzun müddət eyni avtomobil istifadə etdikləri üçün yeni avtomobil almaqda maraqlıdırlar. Bu da Çin avtomobili satan şirkətləri satışlarına müsbət təsir etdi”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254