AVTO

Yeni ildə avtomobilləri bəzəmək olarmı? – AÇIQLAMA
28 DEKABR 2017
241

Yeni ildə avtomobilləri bəzəmək olarmı? – AÇIQLAMA

2017-12-28 10:20:00

Yeni ilin gəlişinə az qalıb. Bütün şəhər və evlər bayram münasibətilə bəzənir. Evlərdə təqvim ilinin gəlişi hiss edilir. 

Bəzi nəqliyyat vasitələrinin sahibləri Yeni il əhval-ruhiyyəsini hiss etdirmək üçün avtomobillərini bəzəyirlər. Lakin sürücülər arasında belə məlumat yayılıb ki, Yeni ildə DYP görüntünü məhdudlaşdıran vasitələrin vurulmasına görə avtomobil sahiblərinə cərimə tətbiq edəcək.

Bəs avtomobillərə vurulan Yeni il bəzəkləri təhlükəlidirmi?

Məsələ ilə bağlı yol nəqliyyatı üzrə ekspert Ərşad Hüseynovun fikirlərini öyrəndik.

Fins.az Oxu.az-a istinadən xəbər verir ki, ekspertin sözlərinə görə, sürücülərin avtomobilin alın, yan sol və sağ şüşələrinə görüntünü məhdudlaşdıran vasitələr yapışdırması məsləhət deyil:

“Xırda bir bəzəyə görə sürücü piyadanı görməyə, bunun nəticəsində faciə yaşana bilər. Bəzəklərin arxa şüşəyə vurulması məsləhətdir”.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Əsədov bildirib ki, bayram ərəfəsində “2018” yazılan nəqliyyat vasitələrinin sürücüləri ilə bağlı inzibati tənbeh tədbiri görülməsi nəzərə tutulmur:

“Lakin yaxşı olar ki, sürücülər qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərəkət etsinlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301