AVTO

Azərbaycanda minik avtomobili istehsalında durğunluq davam edir
22 DEKABR 2017
439

Azərbaycanda minik avtomobili istehsalında durğunluq davam edir

2017-12-22 16:19:00

 Azərbaycanda bu ilin yanvar-noyabr ayları ərzində 30 ədəd minik avtomobili istehsal olunub. Bu da avqust ayından etibarən ölkədə minik avtomobili istehsal olunmadığını göstərir. 

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Fins.z-ın verdiyi xəbərə görə, bu ilin ilk 11 ayı ərzində istehsal ötən ilin eyni dövrü ilə müqayisədə 88,9% azalıb. Bu il dekabrın 1-nə 120 ədəd hazır məhsul ehtiyatı yaranıb. Hesabat ilində yük avtomobili istehsalı illik müqayisədə 99% azalaraq 71 ədəd, traktor istehsalı 30% artaraq 1 317 ədəd təşkil edib.

Rəsmi statistikaya əsasən, yanvar-noyabr ayları ərzində maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 259,2 mln. manatlıq məhsul istehsal edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9947
  • ₽ RUB
    0.0268