AVTO

Yeni “Lexus LX”ın Bakı qiyməti məlum oldu
11 DEKABR 2017
3988

Yeni “Lexus LX”ın Bakı qiyməti məlum oldu

2017-12-11 11:21:00
Bakıda  3 yeni “Lexus” modeli təqdim edilib. Fins.az-ın məlumatına görə, söhbət “Lexus LC 500”, “Lexus NX”  və Azərbaycanda məşhur olan “LX Sport” avtomobillərindən gedir. Lexus Bakı Mərkəzindən Fins.az-a verilən məlumata görə,hər üç avtomobil dekarb ayının 8-də təqdim edilib və artıq satışa çıxarılıb.   
 Fins.az bir neçə gün əvvəl avtomobilllər haqqında geniş məlumat vermişdi.

Eləcə də bax: Yeni model “Lexus LX” Bakıda satışa çıxarılır – EKSKLÜZİV

 Avtomobillərin Bakıda satış qiyməti isə indi açıqlanıb. Məlumata görə, yeni “Lexus LX” modelinin qiyməti 165 min dollardan (280 500 manat) başlayır. Nəhəng krossoverin tam təhcizatlı versiyası isə 185 min dollara (314 500 manat)satılır.
Restaylinq edilən “Lexus NX” krossoverinin qiyməti isə 53 min dollardan (90100 manat) başlayır. Mərkəzdən bildirilib ki, müştərinin edəcəyi əlavələrdən aslı olaraq avtomobilin qiyməti arta bilər.
“Lexus LC 500” isə 3 versiyada satışa çıxarılıb. Avtomobilin qiyməti 98 min dollardan(166 600 manat) başlasa da, təhcizatdan aslı olaraq 120 min (204 min manat) və 130 min dollar (221 min manat) təklif edilən versiyalar da var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1060
  • ₽ RUB
    0.0301