AVTO

Lamborghini Urus Polizia - italyan "avtoşlarının" qorxulu röyası
08 DEKABR 2017
761

Lamborghini Urus Polizia - italyan "avtoşlarının" qorxulu röyası

2017-12-08 16:37:00

Lamborghini şirkətinin zaman-zaman hüquq-mühafizə orqanlarına superkarlar hədiyyə etməsi sirr deyil. Məsələn, Lamborghini Gallardo və Huracan avtomobilləri hazırda italyan polisində xidmət keçərək yerli “avtoşları” ram etməkdə karabinyerlərə yardım edirlər.

Bir müddət bundan öncə təqdim edilən Lamborghini Urus krossoverini də çox güman ki, hüquq-mühafizə orqanlarında xidmət gözləyir. Adı çəkilən superkarlardan fərqli olaraq, krossover bu iş üçün daha məqsədəuyğun sayıla bilər. Urus nəinki “şuluq oğlanları” təqib etmək, eyni zamanda onları polis bölmələrinə nəql etmək üçün də daha yararlıdır.

Nikita Aksyonov tərəfindən Behance saytına yüklənmiş yeni renderlər karabinyer xidməti keçəcək Lamborghini Urus krossoverinin xarici görkəmi barədə təsəvvür yaradır. Avtomobil ağ mavi rənglərin ahəngindən ibarət olan “Polizia” livreyasını “əyninə geyinib”. Dizayner italyan bayrağının rənglərini də əks etdirməyi unutmayıb.

Ən maraqlısı da odur ki, faktiki olaraq Urus hazırda polis xidməti keçən Gallardo LP560-4 superkarından hər cəhətdən yeyindir. Məsələn, kupe 100 km/saat həddini toplamağa 3,7 saniyə sərf edirsə, Urus modelinə 3,6 saniyə kifayət edir. Üstəlik, 2200 kiloqramlıq avtomobilin maksimal sürəti 305 km/saatdır ki, bu da onu dünyanın ən sürətli krossoveri edir.

© autograph.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273