AVTO

Avtomobilə qaz quraşdırmaq olarmı ?
07 DEKABR
448

Avtomobilə qaz quraşdırmaq olarmı ?

2017-12-07 11:52:00

Benzin bahalaşdıqca sürücülər alternativ və ucuz yanacaq növlərinə müraciət edirlər. Bizdə elektik avtomobilləri və onların enerjı yığma məntəqələri geniş yayılmadığı üçün əsas diqqət qaz avadanlıqların;n quraşdırılmasına yönəlib.

Qanuna əsasən avtomobilə əlavə olaraq qaz avadanlığı quraşdırıla bilər. Hətta irəli gedərək onu da deyə bilərəm ki, siz bu barədə BDYPİ-nə elektron qaydada müraciət edə bilərsiniz.

İlk olaraq qaz avdanlığı ixtisaslaşmış servisdə quraşdırılmalıdır.  Hansısa Əhməd dayı qapalı bir boksda sizin avtomobilə qaz balonu quraşdırırsa, oradan uzaq gəzin. Çünki qanuna əsasən bu işlə məşğul olan servisin bütrün avadanlıqları uyğunluq sertifikatına malik olmalı, servis də bu işdə ixtisaslaşmış olmalıdır. Bununla bağlı Nəqliyyat vasitələrinin avadanlıqla təchiz olunmasına razılığın verilməsi haqqında DİN-in təlimatı var. Avtomobildə avadanlıqların quraşdırılması bu təlimatla nizamlanır.

Qaydalara əsasən :

Yanacaq sistemi benzinlə işləyən avtomobillərin eyni zamanda qazla işləmək üçün və ya əksinə quraşdırılması

Bu növ  yenidən quraşdırmaya istehsalat tələbatı, istismar şəraiti ilə əlaqədar, Yol hərəkətinin təhlükəsizliyi üzrə Elmi tədqiqat institutunun  (laboratoriyanın) rəyinə uyğun olaraq yerinə yetirilməsinə icazə  verilir. Belə quraşdırmalar bu cür xidmətlər üçün nəzərdə tutulmuş texniki təmir sahələrində aparılmalıdır. Həmin texniki təmir sahəsi quraşdırma işlərini texniki tələblərə uyğun  aparılmasını və təhlükəsiz  işləməsini təmin etməlidir.

Bu qədər sadə. Qaz avadanlığı quraşdıran servis mütləq sertifikatlaşdırılmalıdır. Daha sonra getməlisuz BDYPİ elmi tədqiqat instituna (laborotoriya). Orada avtomobilə texniki rəy verilir. Texniki baxış 20 manatdır. Rəyin özünün yazılıb verilməsi PULSUZDUR!!! 

İLk olazım olacaq sənəd Nəqliyyat vasitəsinin  konstruksiyasında  standartlara, qayda və normalara əməl  olunması barədə tələbnamədir - /public/uploads/AvtoStop/telebname.doc

Daha sonra avtomobilin yenidən qeydiyyat üçün ərizə yazmalısınız - /public/uploads/AvtoStop/erize_f_6_sayli_e.doc

 texniki baxış burada mütləqdir. Çünki qaydalarda yazılıb - Nəqliyyat vasitələrinin işçi funksiyalarının dəyişdirilməsi zamanı   Dövlət Yol Polisindən, ərazi üzrə qeydiyyat-imtahan bölməsindən və ya müayinə mərkəzindən avtomobilin texniki vəziyyəti barədə texniki baxış aktı tələb oluna bilər.

Avtomobilinizin işıq, təkər, əyləc sistemini yenidən yoxlatdırın. Texniki cəhətdən saz avtomobillə texniki baxışa yollanın. Hər hansı bir texniki nasazlıq sizə imtina ilə nəticələnə bilər.  Lakin siz texniki nasazlığı aradan qaldırdıqdan sonra yenidən qeydiyyatla bağlı müraciət edə bilərsiniz.

Qaydalara əsasən sürücülər elektron qayda DYP-ə müraciət edə bilərlər. 

Elektron xidmətin təqdim olunma yeri:

http://mia.gov.az/?/az/content/29775/

Elektron xidmət barədə məlumatlandırma:

http://mia.gov.az/?/az/content/29775/

e-poçt: [email protected], [email protected]

telefon: +994 12 590-81-25, +994 12 590-81-35

Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

Elektron xidmətin göstərilməsi üçün istifadəçi tərəfindən ərizəyə (Əlavə №1) aşağıdakılar əlavə olunur:

1) Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin nömrəsi və verilmə tarixi;

Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi barədə məlumatlar nazirliyin informasiya ehtiyatında olmadıqda onun skan edilmiş surəti;

2) Nəqliyyat vasitəsinin texniki vəziyyəti barədə regional qeydiyyat imtahan və texniki baxış məntəqəsinin müayinə aktı (Əlavə №2).

Sürücü tərəfindən ərizə forması elektron xidmətin təqdim edildiyi DİN BDYPİ-nın internet ünvanından yüklənərək doldurulur və bu reqlamentin 2.6.1-ci yarımbəndində göstərilənlərlə birlikdə həmin elektron ünvana təqdim edilir; Sorğunun qəbulu: sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.

İstifadəçi tərəfindən təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, bu reqlamentin 2.6.1-ci yarımbəndində göstərilənlərdən birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması) aşkar edildikdə və quraşdırılması nəzərdə tutulan avadanlığın nəqliyyat vasitəsinin texniki göstəricilərinə uyğunsuzluğu müəyyən edildikdə, sorğunun yerinə yetirilməsindən imtina edilir  və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçtuna dərhal məlumat göndərilir.

Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması ilə bağlı DİN BDYPİ-nin elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur;

Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün DİN BDYPİ-nin Avtotexniki müfəttişlik şöbəsinə (ATMŞ ) elektron formada ( internet vasitəsi ilə) ünvanlanır. Sorğunun icrası üzrə DİN BDYPİ-nin ATMŞ rəhbəri bilavasitə məsuliyyət daşıyır;

Sənədlər DİN BDYPİ-nin ATMŞ-də baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 5 gün müddətində aradan qaldırılması barədə istifadəçiyə elektron poçtla dərhal bildiriş göndərilir.

İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqda, habelə quraşdırılması nəzərdə tutulan avadanlığın nəqliyyat vasitəsinin texniki göstəricilərinə uyğunluğu müəyyən edildikdə, sorğuya baxılması davam edir və sorğu qeydiyyata alındığı tarixdən 20 gün ərzində nəqliyyat vasitəsinin avadanlıqla təchiz olunmasına razılıq verilməsi barədə qərar qəbul olunur.

Beləliklə sizin avtomobilə quraşdırılan qaz avadanlığı və avtomobilinizdə texniki uyğunsuzluq olmazsa, sizin avtomobildə qaz avadanlığının quraşdırılmasına icazə verilir. Daha sonra qaz avadanlığı quraşdırılır və siz texniki baxışdan keçərək avtomobilinizi qeydiyyata aldırırsınız.

Sürücü tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqda və ya imtina üçün əsaslar olmadıqda nəqliyyat vasitəsinin avadanlıqla təchiz olunmasına razılıq verilməsi sənədləşdirilərək həmin sənədin skan edilmiş surəti istifadəçinin elektron poçtuna göndərilir.

© Avtosfer.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287