AVTO

Yeni ildən Rusiya avtomobilləri nə qədər bahalaşacaq? – MƏBLƏĞ
06 DEKABR
1482

Yeni ildən Rusiya avtomobilləri nə qədər bahalaşacaq? – MƏBLƏĞ

2017-12-06 12:25:00

Yeni ildən xaricdən gətirilən avtomobillərə görə gömrük rüsumunun artırılması Azərbaycana gətirilən Rusiya avtomobillərinin də qiymətlərinə təsir edəcək. Fins.az-ın əldə etdiyi məlumata görə “AvtoVaz”ın Azərbaycanda  rəsmi təmsilçisi “Xəzər Lada” da qiymətləri artırmağı planlaşdırır. Belə ki, indiyə qədər Rusiya avtomobillərində 1 kubsantimetr həcmə görə aksiz vergisi 20 qəpik nəzərdə tutulmuşdu. İndisə bu məbləğ 70 qəpiyə yüksəlib. Rusiya avtomobillərində mühərrikin həcmi əsasən 1,6-1,7 litr olduğunu nəzərə alsaq, fərq minimum 800 manat təşkil edir. Digər xərcləri də nəzərə alınsa bahalaşma minimum 1000 manat təşkil edəcək. Məsələn, hazırda 14  min manata satılan yeni “Niva” 15 min manata kimi bahalaşacaq.

Rahim Tarıverdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289