AVTO

GM avtomobilləri kredit kartına çevirib
06 DEKABR
161

GM avtomobilləri kredit kartına çevirib

2017-12-06 11:17:00

General Motors konserni Marketplace adlı yeni kommersiya platformasını təqdim edib. Bu platforma avtomobil sahibinə onu tərk etmədən əmtəə və xidmətlərin dəyərini ödəmək imkanı verəcəkdir.

Yeni platforma, yaxın zamanlarda ABŞ-dakı 2017-2018-ci ilin modelləri olan Chevrolet, Buick, GMC və Cadillac avtomobillərində çalışmağa başlayacaqdır. Marketplace əlavəsinin köməyi ilə sürücülər kofe almaq, yanacaq doldurmaq və restoranda masa sifariş etmək imkanına malik olacaqlar. Bundan başqa, GM avtomobillərinin sahibləri əlavə internet paketləri əldə etmək, servisə yazılmaq və avtomobilləri üçün aksessuarlar almaq şansına da sahib olacaqlar.

©autograph.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289