AVTO

"Lamborghini" dünyanın ən sürətli yolsuzluq avtomobilini təqdim edib – FOTOLAR
05 DEKABR 2017
703

"Lamborghini" dünyanın ən sürətli yolsuzluq avtomobilini təqdim edib – FOTOLAR

2017-12-05 10:44:00

İtaliyanın "Lamborghini" şirkəti dünyanın ən sürətli yolsuzluq avtomobillərindən biri olan "Urus" modelini təqdim edib.

Fins.az xəbər verir ki, təqdimat mərasimi şirkətin Sant-Aqata-Bolonyeze şəhərində yerləşən zavodunda baş tutub.

"Lamborghini Urus" iki turboşarjlı yeni 4 litrlik 650 at gücündə V8 benzin mühərriki ilə təchiz olunub. Avtomobilin maksimum sürəti 305 km/saatdır. O, yerindən 100 km/saata qədər sürəti 3,6 saniyəyə yığa bilir.

Firmanın məlumatına görə, "Urus" dünyanın ən sürətli yolsuzluq avtomobilidir.

Avtomobilin təqribi qiyməti 254 min dollardır.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256