AVTO

"Toyota" avtomobilləri geri çağırıb
01 DEKABR 2017
371

"Toyota" avtomobilləri geri çağırıb

2017-12-01 10:18:00

"Toyota Motor" şirkəti Rusiyada 9,3 mindən çox "Hilux" avtomobilini geri çağırıb.

Fins.az-ın məlumatına görə, bu qərar avtomobillərin təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2011-ci ilin sentyabrından 2014-cü ilin noyabrınadək Rusiyada satılmış pikap modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254