AVTO

Avtomobillərin qiymətlərində ucuzlaşma gözlənilir – GƏLƏN AY
01 DEKABR 2017
1539

Avtomobillərin qiymətlərində ucuzlaşma gözlənilir – GƏLƏN AY

2017-12-01 10:03:00

Oktyabr ayı ərzində avtomobil bazarında satışlarda, eləcə də "online” avtomobil satışlarında aktivlik çox aşağı səviyyədə olub. Fins.az-ın xəbərinə görə, bu barədə Trend-ə əmlak üzrə ekspert Vaqif Hüseynov deyib. V.Hüseynovun sözlərinə görə, bazarda təklif artıb, aktivlik isə aşağı düşüb. Ekspert bildirib ki, buna baxmayaraq ay ərzində avtomobil bazarında qiymətlərdə ciddi dəyişiklik müşahidə olunmayıb: "Avtomobil bazarında qiymətləri əsasən avtomobil alqı-satqısı ilə məşğul olanlar tənzimləyir. Aktivlik olanda avtomobil baha satılmır. Hazırda qiymətlər ciddi dəyişməyib”.

Ekspert hesab edir ki, dekabr ayında qiymətlərdə 10 faizə qədər azalma ehtimalı var. O qeyd edib ki, avtomobil satanlar bayram ərəfəsində bir az ucuz da olsa, avtomobilini satmağa çalışacaq və bu baxımdan da qiymətdə azalma müşahidə ediləcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259